Şimali Koreya Yapon dənizinə "naməlum obyekt" atıb?

 17:17 11.01.2022     480

Cənubi Koreya Şimali Koreyanın Yapon dənizinə “naməlum obyekt” atdığını iddia edib.

Redaktor.az "BBC Türkiye"yə istinadən xəbər verir ki, Yaponiya Sahil Mühafizə orqanı atılan cismin ballistik raket ola biləcəyini irəli sürüb. Lakin məsələ hələ təsdiqini tapmayıb. Əgər təsdiqlənsə, bu, Şimali Koreyanın 2022-ci ildə ilk raket sınağı olacaq.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələri Şimali Koreyaya ballistik və nüvə raket sınaqları keçirməyi qadağan edib.

Cənubi Koreya ordusundan verilən açıqlamada Cənubi Koreya və ABŞ kəşfiyyatının araşdırmalarının davam etdirdiyi bildirilib.

Məlumata görə, Yaponiya Müdafiə Nazirliyi ballistik raket olduğu düşünülən obyektin havada 500 kilometr məsafə qət etdiyini açıqlayıb.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən