Qarın içində qutuda körpə tapıldı - FOTO
Rusiyanın Novosibirsk şəhərində yoldan keçən yeniyetmələr yol kənarında qarın içində atılmış körpə tapıblar.
Redaktor.az xəbər verir ki, hadisə yanvarın 8-də baş verib.
Məlumata görə, qutuya qoyulmuş körpənin yanında butulkada uşaq südü də olub.
3 aylıq qızı dərhal həkimə çatdırıb və polis çağırıblar.
Hazırda polis körpənin valideylərini axtarmaqla məşğuldur. Həkimlər bildirib ki, uşaq bir neçə saatdır küçəyə qoyulduğundan və tez tapıldığından donmayıb.













