Türkiyə millisinin üzvünün öldüyü qəzanın görüntüləri  - VİDEO

 19:30 11.01.2022     431

Türkiyə millisinin və “Konyaspor”un futbolçusu Ahmet Çalık avtomobil qəzasında vəfat edib.

Redaktor.az xəbər verir ki, Türkiyə mətbuatı 27 yaşlı müdafiəçinin ölümünə səbəb olan qəzanın görüntülərini yayıb.

Məlumata görə, bu gün komandanın istirahət günü olduğu üçün gənc futbolçu fevralda keçirməyi planlaşdırdığı toya tarix almaq üçün Ankaraya gedirmiş.

Qeyd edək ki, qəza bu gün saat 9-da Türkiyənin Gölbaşı rayonunun Hacılar Məhəlləsi adlanan ərazidə baş verib. Futbolçu Ankara-Niğde yolunda idarəetməni itirərək yoldan çıxıb və maşını aşıb. 

Xatırladaq ki, Ahmet Çalık 2017/2020-ci illərdə “Qalatasaray”da çıxış edib.

22