Rusiyanın Ukraynaya hücum edəcəyi tarix məlum oldu

 21:18 11.01.2022     489

Rusiya yanvar ayının sonunda Ukraynaya ildırımsürətli hücum planını işə salacaq.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO Avropa Müttəfiq Qüvvələrinin keçmiş ali komandanı Ceyms Stavridis deyib.

C. Stavridis Rusiyanın bir neçə hücum ssenarisi üzərində işlədiyini iddia edib.

"Onlardan biri də Gürcüstanda olduğu kimi gözlənilməz hücumdur. Artıq sərhəddə 100 min əsgər yerləşdirilib, əlavə 75 min də gətirilə bilər. Ukraynanın komanda-nəzarət məntəqələrinə hava və artilleriya zərbələrinə məruz qalacaq, Qara dənizdəki gəmilərdən raket hücumları ediləcə. Ukraynanın müdafiə xətti və elektrik şəbəkəsi sıradan çıxarılacaq. Vertolyotlar havadan hərəkət etməklə Ukrayna ordusunu çaşdıracaq. Daha sonra piyada birlikləri zəifləyən sərhədi aşıb keçəcək. Ola bilsin ki, Dneprə qədər gedəcəklər. Ukraynanın cənub-şərqi (Donetsk, Luqansk və Mariupol) birləşdiriləcək, Qara dəniz sahilinin bir hissəsi də ələ keçirilməklə Krımı Rusiyaya birləşdirəcək "quru körpüsü" yaradılacaq. Həmin vaxt Putin fasilə verəcək, vəziyəti qiymətləndirəcək və qoşunları geri çəkməzdən əvvəl hakimimiyyət dəyişikliyi üçün Kiyevə doğru hərəkət edəcəklər", - general ssenarilərdən birinin belə olacağıbı iddia edib.