ABŞ bu ölkələrin NATO-ya üzvlüyünü tezləşdirməyə çalışır

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Birləşmiş Ştatların Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinin baxmağa şad olacaqlarını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Dövlət Departamentində keçirdiyi brifinqdə deyib:
"Mən Amerikanın beş administrasiyasında işləmişəm. Və biz həmişə demişik ki, əgər Finlandiya və İsveç onların NATO-ya daxil olma imkanları haqqında danışmaq istəsələr, o zaman biz bunu etməyə hazırıq"
Qeyd edək ki, İsveçlə Finlandiyanın NATO-ya qoşulma barədə danışıqlar son həftələrdə Rusiya qüvvələrinin Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləşməsi fonunda intensivləşib.
Nuland "Rusiyanın Ukraynanın yanında qüvvələrin cəmləşməsini nə vaxta qədər maliyyələşdirə biləcəyi" sualına cavab verən o, "Rusiya tərəfdən öyrənmək daha yaxşıdır" deyə cavab verib.
Nuland qeyd edib ki, böyük hərbi birləşmələrin Ukrayna ilə sərhədə köçürülməsini ucuz başa gəlmədiyi üçün Rusiya tərəfinin dediyi kimi “daxili yerdəyişmə” kimi adlandırmaq sadəlöhvlükdür.
İLTİFAT