Nazarbayevin nəvəsi il yarım əvvəl hakimiyyət dəyişikliyi barədə xəbərdarlıq edibmiş - FOTO

 15:44 12.01.2022     494

Qazaxıstanın keçmiş rəhbəri Nursultan Nazarbayevin nəvəsi hələ il yarım əvvəl sosial şəbəkə vasitəsilə babasına ona qarşı sui-qəsdlə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, 6 iyun 2020-ci ildə o, Facebook-da aşağıdakı postu yazıb:

“Bir və yeganə Allah Nursultan Nazarbayev El Basıya çatdırmağı xahiş etdi ki, El Basının ətrafı sponsorluq edir, sələfilər qrupunu lazım olan hər şeylə, o cümlədən silahlarla təmin edərək formalaşdırır. Onların sayı təxminən 400 nəfərdir. Onlar hakimiyyətin zorakılıqla, yəni zorla ələ keçirilməsinin icrası üçün bütün lazımi silahlarla silahlanıblar. Onlar meşələrdə və dağlarda gizləniblər, bəziləri isə paytaxta yaxın, Qazaxıstanın mərkəzinə köçürülüb! Peyk və radar kəşfiyyatı onları asanlıqla tapa bilər! Bu onların ikinci planıdır! Amma bu baş verməyəcək, çünki alfa və omeqa başlanğıcı və sonu deyirdi!

Qeyd edək ki, Aysultan Nazarbayev avqustun 16-da Londonda vəfat edib. 29 yaşlı Aysultan keçmiş prezidentin böyük qızı Dariqa Nazarbayeva ilə mərhum Rahat Əliyevin ortancıl övladıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, Aysultan Nazarbayevin ölümünə ürək tutması səbəb olub. Maraqlıdır ki, A.Nazarbayev ötən ilin yayında Londondakı otellərdən birində intihara cəhd etmiş, özünü balkondan atmaq istəyərkən polisin müdaxiləsi sayəsində həyatda qalıb.

İLTİFAT

2