Polşada qazdan qənaət üçün yeni üsullar tövsiyyə olunur: - Çaydanı yarıyadək doldurun...

Polşa qaz işçiləri ölkə vətəndaşlarına qazın niyə bahalaşdığını, kimin günahkar olduğunu ("Qazprom"un adı bir neçə dəfə çəkilir) və enerji resurslarına necə qənaət etmək mümkün olduğunu izah etmək üçün nəzərdə tutulmuş xüsusi internet saytı istifadəyə verib.
Redaktor.az xəbər verir ki, "Qaz niyə bahalaşır?" (Dlaczego qaz drozeje?) saytını ölkənin əsas qaz paylayıcısı olan "PGNiG"-ə bağlı Polşanın Qaz Sənayesinin Ticarət və Sənaye Palatası hazırlayıb.
Sayt Polşa vətəndaşları ilə qaza qənaətlə bağlı çoxsaylı məsləhətləri paylaşır:
Sobada və ya ikiqat qazanda eyni vaxtda müxtəlif səviyyələrdə iki yeməyi bişirin, çaydanı dolu qaynatmayın, yarıya qədədr doldurun, mütəmadi olaraq kirəçdən təmizləyin, yeməyi yenidən qızdırarkən daha kiçik qazan və ya tavalardan istifadə edin, radiatorları pərdə və mebel ilə örtməyin...
