Qazaxıstandakı yanğının digər Orta Asiya ölkələrində başlayacağı qaçılmazdır - Züqanov

 18:20 12.01.2022     512

"Əgər Qazaxıstandakı etirazlar fonunda “yanğın baş verərsə”, Asiyanın digər keçmiş sovet respublikaları – Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanı da “yandıra bilər”.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya kommunistlərinin rəhbəri Gennadi Zuqanov "news.ru"ya bildirib.

O, qeyd edib ki, keçmiş SSRİ ölkələrində baş verən hər hansı iğtişaşlar Rusiyanın, xüsusən də cənub bölgəsində təhlükəsizliyini təhdid edir.

“Bizim vəzifəmiz Qazaxıstanda quldurluğun və rusofob ünsürlərin hakimiyyətə gəlməsinin qarşısını mümkün qədər almağa çalışmaqdır. KTMT öz təhlükəsizliyinin qayğısına qalmalıdır, çünki bu yanğın Qazaxıstanda başlayıbsa, digər 4 respublikada - Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistanda da başlayacağı qaçılmazdır. Amma tədbirlər təkcə quldurlara qarşı birgə mübarizə baxımından deyil”, - deyə Züqanov bildirib.

Onun fikrincə, Qazaxıstan "uzun müddətdir ki, amerikanlaşmış iqtisadiyyata inteqrasiya etməyə çalışıb", nəticədə o, xammalı əsasən "xarici kapitalın əlinə verib və o, yerli əhalinin ehtiyacları ilə maraqlanmır".

“Xüsusən də bu gün Rusiya Federasiyası sanksiyalarla, təhdidlərlə, cənubdakı həmsərhəd ölkələrin  NATO vasitəsilə müharibə ilə hədələdiyi bir vaxtda, necə deyərlər, bizim danışdığımız təhlükəsizlik təşəbbüslərimizi dəqiqləşdirməyin vaxtı çatıb”,- Züqanov qeyd edib.

O, əlavə edib ki, Qazaxıstan oliqarxları Rusiyadakı kimi təkəbbürlü və kinlidirlər:

“Onların vəzifəsi odur ki, yeni ildə qiymətləri 3 faiz yox, 5 faiz yox, birdən iki dəfə şişirtsin, ciblərini doldursunlar, xoşbəxt yaşasınlar. Yerli oliqarxlar yerli hakimiyyət orqanları ilə tamamilə birləşərək kimin torpaqda, kimin zavodlarda, dəzgahlarda işlədiyini tamamilə unudublar. Bu, əsas təkandır”.

İltifat HACIXANOĞLU