Qazaxıstan təyyarə reyslərini tam bərpa etdi

Qazaxıstanın Nur-Sultan hava limanı beynəlxalq uçuşları bərpa edib. Bununla da, Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri də tam bərpa olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Yanvarın 13-də paytaxtın hava limanı Moskva, Budapeşt, Dubay, İstanbul, Minsk, Varşava, Bakı, Kiyev, Daşkənd, Yekaterinburq, Novosibirsk, Phuket və Kolombo və əks istiqamətlərə 32 beynəlxalq reys həyata keçirməyi planlaşdırır. Eyni zamanda, Frankfurta bir reys də ləğv edilib.
“Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra “Air Astana” aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib”, - komitədən bildirilib.
Məlumata görə, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.
Qeyd edək ki, yanvarın 5-də Almatı şəhərində baş verən hadisələrə görə beynəlxalq hava limanı da fəaliyyətini dayandırmışdı.
Nuranə Tofiqli