Sülhməramlılar mühafizə olunan obyektləri Qazaxıstana təhvil verir - VİDEO

 11:38 13.01.2022     421

KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri mühafizə olunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin komandanlığı və Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”, - deyə məlumatda bildirilir. 

Əlavə edilir ki, sülhməramlılar  texniki və maddi vasitələrin Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinə yüklənməsi və daimi dislokasiya məntəqələrinə qayıtmaq üçün hazırlıq işlərinə başlayıblar.

Nuranə Tofiqli

 


 

Vumart və Güvən reklamı Vumart Güvən