Qarabağda daha bir erməni hərbçinin qalıqları tapıldı

Qarabağda daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.
Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, cəsəd Suqovuşanda tapılıb.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti meyitin qalıqlarını Dövlət Fövqəladə Hallar Xidmətinə təhvil verib. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.
Nuranə Tofiqli