Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırıldı

 13:19 13.01.2022     416

2022-ci il yanvarın 15-dən aprelin 15-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışı keçiriləcək.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin bu təklifi bu gün hökumətin növbəti iclasında təsdiq edilib. Təlimlərin keçirilməsində məqsəd ehtiyatda olan hərbi qulluqçuların hərbi vərdişlərinin təkmilləşdirilməsi və hazırlığının artırılmasıdır.

Qeyd edək ki, təlim-məşq toplanışına 65 vətəndaş cəlb olunacaq ki, onlardan 20-si tibb, 45-i isə mühəndis-texniki ixtisaslara malik hərbiçilərdir.

Sübhan Şərif