"Sərhəddə insidentlərimiz və qurbanlarımız davam edir" - Paşinyan

 14:00 13.01.2022     226

"Ölkənin inkişafına görə dinc gündəm açmaq üçün bizə güclü əsəb sistemi lazımdır".

Redaktor.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu sözləri hökumətin bugünkü iclasında son sərhəd insidentləri və bunun nəticəsində erməni tərəfindən olan itkilərinə toxunarkən deyib.

“Təəssüf ki, sərhəddə insidentlərimiz və qurbanlarımız davam edir. Biz öz siyasətimizi elan etmişik, siyasət proqramında göstərilir ki, ölkəmizin müdafiə qabiliyyətinin artırılması ölkəmizin prioritet vəzifələrindən biridir. Lakin digər tərəfdən, ölkəmizin və regionun dinc inkişafı gündəmini açmaq üçün bizə güclü əsəb sistemi lazımdır, çünki çoxları bunun qeyri-mümkün olduğunu daim sübut etməyə çalışacaq", - Paşinyan bildirib.

Baş nazir həmçinin "ölkəmiz ətrafında sabit və təhlükəsiz mühit yaratmaq üçün hər şeyi etməliyik" deyib.

Sübhan Şərif