Putin və Tokayev telefonla danışdı

 14:17 13.01.2022     194

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Redaktor.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kollektiv Təhlükəsizlik Müqaviəsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı kontingentinin Qazaxıstan Respublikası ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasına başlanması ilə bağlı məsələlər müzakirə edilib.

Nuranə Tofiqli