“Omikron” ən çox kimlər üçün təhlükəlidir? - ÜST-dən AÇIQLAMA

 01:00 14.01.2022     482

Koronavirusun “Omikron” ştammı yaşlı insanların, peyvənd olunmamış şəxslərin və yanaşı xəstəliklərdən əziyyət çəkənlərin həyatı üçün xüsusi təhlükə yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə ÜST-nin fövqəladə hallar departamentinin texniki qrupunun rəhbəri Mariya van Kerxove məlumat verib.

Onun sözlərinə görə, “Omikron” infeksiyasından ölüm riski yaş artdıqca artır:

“Bizdə həmçinin azı bir yanaşı xəstəliyi olan insanların xəstəxanaya yerləşdirmə və ölüm riskinin artdığını göstərən məlumatlar var”.