"Çalıkuşu"nun Fəridəsi böyüdü - FOTO

 03:00 14.01.2022     446

"Kiralık aşk", "Çalıkuşu" kimi bir çox seriallarda rol alan azyaşlı aktrisa Melisa Giz Cengizi görənlər tanımaqda çətinlik çəkib.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir efirlərdən uzaq olan aktrisa gənc qız olub.

Aktrisanın fotoları sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb. İzləyicilər onun daha da gözəlləşdiyini yazıblar.

Qeyd edək ki, Melisanın hazırda 15 yaşı var. O, "Çalıkuşu" serialında "Fəridə"nin uşaqlığını oynayırdı.

22222