"Avropada müharibə riski son 30 ilin ən yüksək həddindədir" - ATƏT sədri

 17:36 13.01.2022     408

“Hazırda Avropada müharibə riski son 30 ilin ən yüksək həddindədir”.

Redaktor.az xəbər verir ki, bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

"Hazırda üzv dövlətlər sülh və təhlükəsizliklə bağlı müxtəlif təhlükələrlə üzləşiblər. Uzun sürən münaqişələr, hərbi qarşıdurma, radikallaşma, terrorizm, silahlara nəzarət rejiminin zəifləməsi, COVID-19 pandemiyasının nəticələri, eləcə də insan hüquqlarının pozulması, problemlərin artmasına səbəb olur. Bu da cəmiyyətlərimizdə gözlənilməz qorxunun artmasına səbəb olur ",- o, deyib.