Rəsmi Moskvadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözüçü Mariya Zaxarova məlumat verib.
“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, - o, bildirib.
Zaxarova gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb.
XİN sözçüsü qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.