Qazaxıstanda daha 412 aksiya iştirakçısı həbs edildi

Qazaxıstanın Almatı və digər vilayətlərində iğtişaşlardan sonra daha 494 aksiya iştirakçısına cinayət işi açlılıb.
Redaktor.az sözü gedən ölkənin Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlardan 44-ü terror törətmə ittihamı həbs edilib.
Bundan başqa, 34 qətl hadisəsi və digər faktlar üzrə 15 iş araşdırılır.
Hazırda müvəqqəti saxlama yerlərində 524 şübhəli var.
Məhkəmənin qərarı ilə 412 aksiya iştirakçısı artıq həbs edilib.
Baş Prokurorluq vurğulayıb ki, hüquq-mühafizə orqanları terror aktlarının iştirakçılarının müəyyən edilərək cəzalandırılması, ölkədə ictimai təhlükəsizliyin tam bərpa olunması üçün lazım olan hər şeyi edir.
"İnsan tələfatı olan hadisələrin araşdırılmasına xüsusi diqqət yetirilir. Ölkə üzrə bu kimi cinayətlərin ümumi sayı müəyyənləşdirilir. hər bir fakt hərtərəfli araşdırılacaq, ona müvafiq hüquqi qiymət veriləcək.", - idarədən bildiriblər.
Məlumatda o da bildirilir ki, fövqəladə vəziyyət rejimi dövründə törədilmiş xətalara görə 6966 inzibati icraatın başlanmasına dair protokollar tərtib edilib, 4918 nəfər müxtəlif növ inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 1978 nəfər həbs edilib. "791 şəxs barəsində cərimə tətbiq edilib, 2149 nəfərə xəbərdarlıq edilib. Məhkəmələr 2048 materiala baxır", - məlumatda deyilir.
İltifat HACIXANOĞLU