Hindistanda qatar relsdən çıxdı, ölənlər var

 19:50 13.01.2022     286

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı qəza törədib.

Redaktər.az xəbər verir ki, qatarın azı beş vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Hazırda xilasetmə əməliyyatı aparılır. Qurbanların sayının arta biləcəyi istisna deyil.