ABŞ-ın İraqdakı səfirliyinə iki raket atıldı

 01:24 14.01.2022     238

ABŞ-ın İraqdakı Səfirliyi növbəti dəfə raket hücumuna məruz qalıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Bağdad şəhərinin Yaşıl Zona adlanan ərazisində yerləşən səfirliyə uzaq məsafədən iki raket atılıb.

Bildirilib ki, atılan hər iki raket hava hücumundan müdafiə sistemi tərəfindən səfirliyin üzərində zərərsizləşdirilib.