Rusiyada təyyarə qəzaya düşdü - Yaralılar var

 10:27 14.01.2022     466

Rusiyanın Altay diyarında yüngül mühərrikli təyyarə qəzaya düşüb.

Redaktor.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Starobelokurixa kəndində baş verib.

Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə yerində yanğınsöndürən və xilasedicilər çalışır. Hazırda insidentin detalları araşdırılır.

Nuranə Tofiqli