Rus sülhməramlıları Xankəndidə erməni şagirdlərə hədiyyələr payladı - FOTO

 11:23 14.01.2022     489

Rusiya sülhməramlı kontingenti Qarabağda ermənilərə maddi və mənəvi dəstək verməyə davam edir. Rus sülhməramlılar bu dəfə Xankəndidə erməni uşaqlara hədiyyələr paylayıb.

Redaktor.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, onlar şəhərdə məskunlaşan 50-dən çox erməni şagirdlərə "Sülh dərsi" keçib və müxtəlif hədiyyələr, məktəb ləvazimatları veriblər.

Qeyd olunub ki, şagirdlərə Rusiyanın tarixi və mədəniyyəti, eləcə də Qarabağdakı sülhməramlı kontingentin fəaliyyəti haqqında məlumat verilib.

Nuranə Tofiqli

 

 

2