NATO yaxın gələcəkdə Ukraynanı alyansa buraxmayacaq - “The New York Times”

 11:57 14.01.2022     423

Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək.

Bu iddia “The New York Times”da yayımlanan məqalədə qeyd olunub.

Məqalədə bildirilir ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına bir neçə səbəb mane olur ki, bunlardan biri də NATO-nun Avropa üzvlərinin bu ölkənin alyansa daxil olması ilə bağlı qeyri-müəyyənliyidir. Yeni üzvün qəbulu ilə bağlı konsensusun zəruriliyini nəzərə alsaq, Ukraynanın qəbul edilməsini gecikdirir.

Bundan əlavə, məqalə müəllifi vurğulayıb ki, ABŞ administrasiyasının Ukraynanın NATO-ya daxil olması ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, onun rəhbəri Co Bayden bu cür bəyanatlarda həmişə ehtiyatlı olub və 2000-ci illərin sonundan etibarən alyansın Şərqə doğru genişlənməsinə daha az canfəşanlıq edib.

Həmçinin, ABŞ və digər üzvlər Kiyevin korrupsiya ilə mübarizədə fəaliyyəti irəliləyişindən razı deyil. “Transparency International”-ın məlumatına görə, ölkə bu göstəricidə 180 ölkə arasında 117-ci yerdədir.

Sonda məqalədə qeyd olunub ki, Rusiyanın Avropa ilə, xüsusən də qaz tədarükü ilə bağlı əhəmiyyətli iqtisadi rıçaqları var, ona görə də bir çox Avropa ölkələri Moskva ilə münasibətləri korlamamağa üstünlük verəcək. Bütün bunları nəzərə alsaq, Ukrayna, demək olar ki, NATO-ya daxil olmaq üçün üçüncü əsas bütün 30 üzvdən razılıq əldə edə bilməyəcək.

Qeyd edək ki, Şimali Atlantika Alyansı 2008-ci ilin aprelində Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü barədə siyasi bəyanat qəbul etsə də, NATO-ya daxil olmanın hüquqi proseduru üçün bu ölkələr üzvlüyə hazırlıq üçün fəaliyyət planı təqdim etməkdən imtina ediblər.

Sadəcə Zelenskinin hakimiyyətə gəlişindən sonar 2019-cu ilin fevralında Ali Rada Ukraynanın NATO-ya üzv olmaq istəklərini gücləndirən konstitusiyaya düzəlişlərini təsdiqləyib. Buna görədə, Ukrayna NATO-nun Genişləndirilmiş İmkanlar üzrə Tərəfdaşı statusu alıb.

 

İLTİFAT