Portuqaliyada Abramoviçin vətəndaşlığı tez əldə etməsi ARAŞDIRILIR

 12:22 14.01.2022     537

Portuqaliyanın Qeydiyyat və Notariuslar İnstitutu rusiyalı milyarder Roman Abramoviçin dövlət qanunu ilə yəhudi-sefardlara verilən vətəndaşlığı tez əldə etmə prosesini araşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Renascença” nəşri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ötən ilin dekabrında Abramoviçin vətəndaşlıq aldığını Portuqaliyanın Ədliyyə Nazirliyi, naturalizasiya prosesi aprelin 13-də başa çatıb. Abramoviçin naturalizasiyası İspaniyadan və Portuqaliyadan olan “sefarad” yəhudilərinin nəsillərinə və Xristianlığı zorla qəbul etmiş yəhudilərə Portuqaliya vətəndaşlığını əldə etməyə icazə verən qayıdış qanunu ilə mümkün olub. Ölkənin Ədliyyə Nazirliyindən verilən məlumata görə, Abramoviç sefard yahudisi olduğunu sübut etmək üçün Porto şəhərinin yəhudi icmasından arayış təqdim edib.

"Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İnstitutunun təşəbbüsü ilə Abramoviçin işi üzrə araşdırma aparıldığını təsdiqləyib", - nəşr yazır.

Yerli mətbuatın yazığına görə, rusiyalı milyarderin vətəndaşlıq alması prosesihəddindən artıq tez başa gəlib.

 

İLTİFAT