Belçikanın ən məşhur imamı ölkədən qovuldu

 14:05 14.01.2022     1755

Belçika hökuməti Brüsseldəki «Əl-Xəlil» məscidinin imamı, Mərakeş vətəndaşı Məhəmməd Tucqaninin yaşayış icazəsini ləğv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Belçikanın RTBF telekanalı cümə axşamı bildirib.

Belçikanın Miqrasiya və Sığınacaq Məsələləri üzrə Dövlət Katibi Sami Mehdi bildirib ki, imam ölkə ərazisini tərk etmək bildirişi və 10 il müddətinə ölkəyə giriş qadağası alıb:

“Düşünürəm ki, təhlükəsiz həyatı təmin etmək və xarici təsirləri minimuma endirmək vacibdir".

Belçika xüsusi xidmət orqanlarının məlumatına görə, imam milli təhlükəsizliyə təhdid yaradır.

Media xüsusilə onun ekstremist kimi qiymətləndirilən antisemit bəyanatlar verdiyini bildirir.

Qeyd edək ki, Brüsselin Molenbek rayonunda yerləşən «Əl-Xəlil» məscidinin imamı 1982-ci ildən Belçikadadır.

 

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən