Şimali Koreya daha bir raketi sınaqdan keçirdi

 14:25 14.01.2022     3053

Şimali Koreya daha bir raket sınağını reallaşdırıb.

Redaktor.az xəbər verir ki, bu baradə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi məlumat yayıb. 

Yaponiya Sahil Mühafizə orqanından verilən açıqlamaya görə, Şimali Koreyanın atdığı raket ballistik ola bilər. 

Qeyd edək ki, Şimali Koreyanın bundan öncə keçirdiyi raket sınaqları ABŞ tərəfindən narahatlıqla qarşılanıb. Rəsmi Vaşinqton bu ölkəni sanksiya ilə hədələyib.

Sübhan Şərif