NASA-dan Yerə yaxınlaşan asteroidlə bağlı XƏBƏRDARLIQ

 15:35 14.01.2022     449

Yanvarın 18-də Yer planetinə 7482 (1994 PC1) adlı asteroidi yaxınlaşacaq.

Redaktor.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilir ki, kosmik cismin planetimizə maksimal yaxınlaşma nöqtəsi zamanı o, 2 milyon kilometrdən az məsafədə keçəcək. Bu da Yerdən Aya qədər olan məsafənin təxminən 5 mislidir.

Alimlərin fikrincə, asteroidin diametri bir kilometrdən çoxdur.