Britaniya parlamentində Çin agenti ŞOKU

 15:47 14.01.2022     548

Britaniya əks-kəşfiyyatı «MI5» Britaniya parlamentinin üzvlərinə xəbərdarlıq edib ki, gizli çinli agent-lobbiçi onlarla əlaqələr qurmağa çalışır.

Redaktor.az xəbər verir ki, burda söhbət casusluqdan yox, Çinin maraqlarını təbliğ etməkdən gedir.

«MI5»-in deputatlara göndərdiyi məktubda bildirilir ki, Çin Kommunist Partiyasının üzvü hazırda Londonda yaşayan Kristin Çin Kuy Li artıq parlamentin hazırkı üzvləri ilə müəyyən əlaqələr qurub.

Əks-kəşfiyyatın məlumatına görə, Kristin Çin Kuy Li bu siyasətçilərə Çin və Honq Konqdakı mənbələrdən pul bağışlayıb.

«MI5» xəbərdarlıq edir ki, Kristin Çin Kuy Li -nin təmasda olduğu hər kəs onun işinin “ÇKP-nin gündəmini inkişaf etdirmək” olduğunu yadda saxlamalıdır.

Əks-kəşfiyyatın məktubunu Nümayəndələr Palatasının üzvü, Mühafizəkarlar Partiyasının keçmiş lideri Yan Dunkan Smit elan edib. O, Kristin Çin Kuy Linin deportasiya edilməsinə çağırıb və hökumətdən bu məsələ ilə bağlı Nümayəndələr Palatasında bəyanat verməsini tələb edib.

“BBC”-nin təhlükəsizlik üzrə köşə yazarı Qordon Korera məsələ barədə məqaləsində bildirib ki, «MI5» konkret şəxs haqqında ictimai xəbərdarlığı indiyədək görülməyib və olduqca qeyri-adi addımdır.

Qeyd edək ki, Kristin Çin Kuy Li London və Birmingemdə ofisləri olan hüquq firmasının sahibidir

Məsələ burasındadır ki,  casusluqdan fərqli olaraq Kristin Çin Kui Linin iyasətçilərə “müdaxilə”si və ya gizli şəkildə təsir etmək cəhdləri Britaniya qanunlarına görə cəzalandırılmır.

Buna görə də, Korera hesab edir ki, əks-kəşfiyyat əməkdaşları kifayət qədər sübutlar toplayaraq, onun adını açıqlamaqla “ən yaxşısı məxfi agent-lobbiçinin fəaliyyətini bu şəkildə dayandırmaq” qərarına gəliblər.

Kristin Li izahatında Britaniyada yaşayan çinlilərin maraqlarını təşviq etmək üçün parlamentdə əlaqələr qurduğunu etiraf edib.

Əks-kəşfiyyat iddia edir ki, Li Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birləşmiş Cəbhəsinin Fəhlə Departamentinin gizli rəhbərliyi altında fəaliyyət göstərib və ianə pulu ona Çin və Honq Konqdan göndərilib.

«MI5»-in məktubunda o da vurğulanır ki, agent tanınmış siyasətçilərə Çinin maraqlarına xidmət edən yeni İngəltərə parlamentinin yaradılmasına cəhd edib cəhd edir.

Kristin Li-dən pul alan deputatlardan biri də İşçi Partiyasının üzvü Barri Qardiner olub və onun 5 il ərzində ona 420 min funt sterlinq köçürdüyü bildirilir. Lakin Qardiner özü bu ianələr barədə kəşfiyyat orqanlarına xəbər verdiyini deyib.
Bu arada yerli mətbuatda agent olduğu iddia edilən Linin keçmiş baş nazir Tereza Mey ilə yaxın münasibətdə olması, hətta ondan " Çin və Britaniya icmaları arasında qarşılıqlı əlaqəni, anlaşmanı və əməkdaşlığı təşviq etdiyinə görə" "İşıq nöqtələri" mükafatını alması barədə məlumatlar dərc edilib.

 

İLTİFAT

22