Türkiyə-Ermənistan danışıqları başa çatdı

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair Moskvada xüsusi nümayəndələr arasında keçirilən görüş başa çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yyaıb.
"13 il sonra Moskvada baş tutan Türkiyə-Ermənistan danışıqları başa çatıb. Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanla görüşü bir saat yarım davam edib", - məlumatda deyilib.
Nuranə Tofiqli