“Ukrayna ətrafında yeni risklər yaranıb” - Hulusi Akar

 17:27 14.01.2022     2967

Türkiyənin milli müdafiə naziri Hulusi Akar geridə qoyduğumuz ili çətin bir il kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Akar deyib ki, bu çətinliklərdən biri hələ də dünyada təsiri davam edən pandemiyadır.

“Digər təhdid isə çox sürətlə dəyişən təhlükəsizlik mühitidir. Əfqanıstandakı missiyamız ötən il başa çatdıqdan sonra Ukrayna ətrafında yeni risklər yaranıb”, - türkiyəli nazir vurğulayıb.