"Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezdir" - KTMT baş katibi

 22:26 14.01.2022     183

“Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezdir, lakin vəziyyətin dönüş nöqtəsi artıq yetişib”.

Redaktor.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas “Rossiya 24” telekanalının efirində deyib. O xatırladıb ki, Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi davam edir: 

“Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması davam edir. Ancaq bu o demək deyil ki, ölkədə vəziyyət normallaşıb. Aydındır ki, situasiyada dönüş nöqtəsi artıq baş verib”.