Keçmiş ABŞ gözəli təyyarəyə buraxılmadı - FOTO

 22:57 14.01.2022     236

ABŞ-ın keçmiş gözəllik kraliçası Olivia Kulpo geyiminə görə təyyarəyə buraxılmayıb.

Redaktor.az xəbər verir ki, onun geyimi çox açıq hesab edilib, buna görə model paltarlarını dəyişməli olub.

Modelin ABŞ-dan Meksikaya getmək istədiyi qeyd edilib. Ona deyilib ki, əyninə üstdən bir şey geyinməsə, təyyarəyə buraxılmayacaq.

Kəskin reaksiyalardan sonra 29 yaşlı model aviaşirkətin tələbini yerinə yetirib, ancaq bununla bağlı İnstaqram hesabında paylaşım etdikdən sonra məsələ ictimailəşib. Aviaşirkət məsələyə hər hansı reaksiya verməkdən imtina edib.

2