ÜST koronavirusun müalicəsi üçün daha 2 preparatı təsdiqlədi

 03:58 15.01.2022     144

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un müalicəsi üçün tövsiyə olunan dərmanlar siyahısına 2 yeni preparat əlavə edib.

Redaktor.az xəbər verir ki, xəstəliyi ağır keçirənləri “Barisitinib”lə müalicə etmək tövsiyə olunur. Bu preparat əsasən revmatoid artritin müalicəsində istifadə olunur. Sınaqlar göstərir ki, adıçəkilən dərmanın COVİD xəstələrində istifadəsi ölüm riskini və süni tənəffüs aparatına ehtiyacı azaldır.

Xəstəliyi orta ağır keçirən, lakin xəstəxanaya yerləşdirilmə riski yüksək olan şəxslər üçün isə “Sotrovimab” preparatı məsləhət görülür. Söhbət əsasən yaşlı insanlardan və immun çatışmazlığı olan və ya xroniki xəstəliklərdən əziyyət çəkənlərdən gedir.