“NATO Rusiyaya güzəştə getməyəcək” - Baş katib

 05:00 15.01.2022     208

“NATO hərbi təşkilat olaraq genişlənmək və şərqdə qoşun yerləşdirmək məsələsində güzəştə getməyəcək”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu açıqlama ilə Alyansın Baş katibi Yens Stoltenberq çıxış edib.

“Biz indi Avropanın təhlükəsizliyi baxımından kritik məqama daxil olmuşuq və Rusiyaya heç bir güzəştə getməyəcəyimiz barədə müttəfiqlərin yekdil mövqeyini təqdim etməliyik. Hər bir ölkənin öz yolunu seçmək və NATO-nun hərbi alyansına daxil olub-olmamaq barədə qərar vermək hüququ var”, - deyə Yens Stoltenberq fikrini tamamlayıb.