Qazaxıstanda nazir müavini vəzifəsindən azad olundu

Qazaxıstanın energetika nazirinin müavini Jumabay Karaqayev tutduğu vəzifədən azad olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Müxtəlif illərdə özəl şirkətlərə rəhbərlik etmiş J.Karaqayev 2019-cu ilin dekabr ayından nazir müavini vəzifəsini tuturdu.