Kanadalı nazir Ukraynaya 6 günlük səfər edəcək

 16:01 15.01.2022     432

Kanadanın xarici işlər naziri Melani Joli qarşıdan gələn həftə Ukraynaya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, rəsmi Ottava Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir.

“Kanada insan hüquqlarının və ukraynalıların şərəfinin müdafiəsi əsasında beynəlxalq miqyasada tərəfdaşları ilə birgə işi davam etdirəcək”, - XİN-dən bildirilib.

M.Jolinin Ukrayna səfəri 6 gün davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən