Qazaxıstanda sabiq nazir müavini saxlanıldı

 17:51 15.01.2022     817

Qazaxıstanın energetika nazirinin sabiq müavini Jumabay Karaqayev saxlanılıb.

Redaktor.az xəbər verir ki, sabiq nazir barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd olunur ki, onunla yanaşı elektron ticarət platformalarının rəhbərləri və Mangistau vilayətində mayeləşdirilmiş neft qazı qiymətlərinin bahalaşmasında əli olan bir neçə nəfər də saxlanılıb.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki. J.Karaqayev bu gün səhər saatlarında vəzifəsindən azad edilmişdi.