Qazaxıstanda iğtişaşlarda ölənlərin sayı AÇIQLANDI - RƏSMİ

Qazaxıstanda iğtişaşlarda 225 nəfər ölüb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda, həmçinin 4,5 mindən çox insanın yaralandığı deyilir. Ölənlər arasında 19 polis və hərbçi var.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib və bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Alma-Atada polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, ölkənin bütün bölgələrində konstitusiya quruluşu bərpa olunub.
T.İSMAYIL