Acun Ilıcalının qızları qəzaya düşdü - FOTO

 19:33 15.01.2022     652

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının qızları qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, Boluda Kartalkaya xizək mərkəzinə gedərkən Acun Ilıcalının qızlarının içərisində olduğu lüks cip yoldan çıxaraq meşəlik əraziyə aşıb.

Meşədəki ağaclara çırpılaraq dayanan lüks cip yararsız hala düşüb. Nəqliyyat vasitəsinin sürücüsü və sərnişinləri Leyla və Yasemin Ilıcalılar xəsarət almadan xilas olublar.

 



 

222
Vumart və Güvən reklamı Vumart Güvən