“Omikron əvvəlki ştamlardan daha az təhlükəlidir” - ÜST nümayəndəsi

 03:37 16.01.2022     533

“Koronavirusun "omikron" ştamı bu infeksiyanın əvvəlki variantlarından daha az təhlükəlidir”.

Redaktor.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “YouTube” kanalında çıxışı zamanı deyib.

O bildirib ki, artıq "omikron"un əvvəlki ştamlardan daha az təhlükəli olduğuna dair sübutlar var, lakin bu, onun ciddi olmadığı anlamına gəlmir.

ÜST nümayəndəsi əlavə edib ki, koronavirus çox ciddi xəstəliklərə səbəb olur.

Vumart və Güvən reklamı Vumart Güvən