Avropa İttifaqı kibertəhlükəsizlik üzrə təlimlərə başladı

 10:35 16.01.2022     886

Avropa İttifaqı (Aİ) uydurma enerji şirkətinə süni hücum ilə kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb.

Redaktor.az xəbər verir ki, təlimlər 6 həftə davam edəcək və fevralın sonunda keçiriləcək Aİ XİN rəhbərləri görüşü zamanı başa çatacaq.

Təlimin məqsədi Avropa sistemlərinin dayanıqlığını stress testindən keçirmək, üzv dövlətlər arasında hazırlığı və əməkdaşlığı gücləndirmək və birgə reaksiya tədbirlərinin effektivliyini artırmaqdır.

Vumart və Güvən reklamı Vumart Güvən