Əfqanıstanın paytaxtında partlayış, ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki uşaq ölüb.
Bir neçə mülki şəxsin yaralandığı deyilir.
Qeyd edək ki, bu, 2022-ci il başlayandan Kabildə 3-cü partlayışdır. Yeni ilin ilk günü Kabildə Pedaqoji Universitetin yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər yaralanıb.
Yanvarın 12-də isə naməlum şəxslər polis avtomobilinə əldəqayırma partlayıcı atıblar. Partlayış nəticəsində “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin 2 əməkdaşı yaralanıb.












