Almatıda morqlardan onlarla meyit oğurladılar

 19:45 16.01.2022     586

“Almatıda iğtişaşlar zamanı şəhər morqlarına 7 dəfə hücum edilib və 40-dan çox meyit oğurlanıb”.

Redaktor.az-a daxil olan məlumatda bildirilir ki, bunu şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov deyib.

“Ölüləri də tərk etmədilər, yaralıları özləri ilə apardılar. Bu günlərdə morqlara 7 hücum oldu, öz tərəfdarlarının 41 meyiti oğurlanıb”, - Taymerdenov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən