Türkiyədə 6 terrorçu zərərsizləşdirildi

 21:47 16.01.2022     435

İraqın şimalında Pençe Kaplan və Pençe Şimşək əməliyyatları bölgəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terrorçular artilleriya zərbələri nəticəsində zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələri terrora qarşı effektiv mübarizəni davam etdirir.

Vumart və Güvən reklamı Vumart Güvən