Nazarbayevin kürəkəni istefa verdi

 10:17 17.01.2022     370

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı palata yayıb.

Timur Kulibayev istefa verməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, T. Kulibayev N. Nazarbayevin ortancıl qızı Dinaranın həyat yoldaşıdır. Timur və Dinara Kulibayevalar ölkənin nəhəng “Qazaxıstan Xalq Bankı”nın sahibləridir.

 

Vumart və Güvən reklamı Vumart Güvən