Ərdoğan Tiranaya getdi

 13:58 17.01.2022     335

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfərə yollanıb.

Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın dəvəti əsasında paytaxt Tirana şəhərinə səfər edib.

Ərdoğanı Albaniya səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu da daxil olmaqla bir neçə nazir müşayiət edir.

Səfər zamanı iki ölkə arasındakı münasibətlər, əməkdaşlığın daha da genişləndirilməsi kimi məsələlər müzakirə olunacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən