“Klon”un məşhur aktrisası vəfat etdi - FOTO

 14:55 17.01.2022     340

Məşhur Braziliya serialı “Klon”da doktor Albierinin köməkçisi Simone obrazını canlandıran aktrisa Fransuaza Forton vəfat edib.

Redaktor.az "iz.ru"ya istinadla xəbər verir ki, aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra həyatını itirib.

Son dörd aydır ki, 64 yaşlı Forton xərçəng xəstəliyinə görə xəstəxanaya yerləşdirilib.

Forton 1957-ci ildə Rio-de-Janeyroda anadan olub. O, 1969-cu ildə “Sonuncu vals” serialında oynayaraq yeniyetmə ikən televiziyada debüt edib.

Aktrisa 40-dan çox serialda rol alıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən