"Yaxın Şərqin kənar "ağa"ya ehtiyacı yoxdur" - Çinin xarici işlər naziri
Çin ABŞ-ın Yaxın Şərq regionundan çəkilməsi ilə yaranan boşluqdan faydalanmaq fikrində deyil.
Redaktor.az "Global Times"a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.
"Yaxın Şərq uzun tarixə, unikal mədəniyyətə və zəngin təbii sərvətlərə malikdir, lakin eyni zamanda, bölgə xarici müdaxilələr səbəbindən uzun müddətdir davam edən iğtişaşlar və münaqişələrdən əziyyət çəkir" - nazir deyib.
Vanq Yi Yaxın Şərqdə bu regionun xalqlarının söz sahibi olduğunu, kənar bir "ağa"ya ehtiyac olmadığını vurğulayıb.
Sübhan Şərif












