Yaponiya Kuril adalarının cənub hissəsini Rusiyadan tələb edir

 10:36 18.01.2022     597

Yaponiya hesab edir ki, Kuril adalarının cənub hissəsinə onun suverenliyinə aiddir.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Bizim suverenliyimiz dörd şimal adasına aiddir.  Ərazi məsələsi həll edildikdən sonra sülh müqaviləsi imzalamaq istəyinə əsaslanaraq, israrlı danışıqları davam etdirmək niyyətindəyik”, - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 14-də Moskvada keçirdiyi mətbuat konfransında Sergey Lavrov qeyd edib ki, Tokio hələ də Kuril adaları kontekstində İkinci Dünya Müharibəsinin nəticələrini tanımır, Rusiya rəsmiləri və hərbçilərinin Cənubi Kuril adalarına səfərləri səbəbindən davamlı demarşlar edir.

Xatırladaq ki, Moskva və Tokio İkinci Dünya Müharibəsinin nəticələrindən sonra 75 ildən çoxdur ki, sülh müqaviləsi bağlamaq üçün məsləhətləşmələr aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsi ilə mübahisənin həll olunmamasıdır. Müharibə bitdikdən sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və ona bitişik kiçik, yaşayış olmayan adalar qrupunun mülkiyyəti ilə mübahisə edir.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi müvafiq beynəlxalq hüquqi formaya malik olan bu ərazilər üzərində Rusiyanın suverenliyinin şübhəsiz olduğunu dəfələrlə vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən